Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın müalicəsi xəstəxanada davam edir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Vəziyyəti stabildir, dəyişiklik yoxdur", - məlumatda qeyd edilib.
Xalq artistinin özü isə açıqlamasında səhhətinin normal olduğunu deyib: "Səhhətim normaldır, müalicəm davam edir".
Qeyd edək ki, Şükufə Yusifova avqustun 21-də ağır yol qəzası keçirib. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq artisti daha sonra Yeni Klinikaya köçürülüb.