Gündəm / Siyasət Bugün, 20:10

Bu ölkə Almaniyadan kompensasiya tələb edir: Həmin pulla ordunu gücləndirəcəklər



Polşa Almaniyanın İkinci Dünya müharibəsində vurduğu zərərə görə reparasiya ödəməsini tələb edir.

Bunu Polşa prezidenti Karol Navrotski İkinci Dünya müharibəsinin başlanmasının 86-cı ildönümü ilə əlaqədar Qdansk yaxınlığındakı Vesteplyatte yarımadasında keçirilən mərasimdə deyib.

O bildirib ki, Berlin Polşaya kompensasiya ödəməlidir. Navrotskinin sözlərinə görə, Varşava bu vəsaiti ölkənin silahlı qüvvələrinin və müdafiə sənayesinin gücləndirilməsinə yönəldəcək. Bu isə Polşanın müdafiə məqsədilə kredit götürməsinə ehtiyac yaratmayacaq.

Polşa prezidenti Almaniya kanslerini və Almaniya xalqını reparasiya məsələsini birdəfəlik həll etməyə çağırıb.

Qeyd edək ki, Varşava daha əvvəl də İkinci Dünya müharibəsi zamanı ölkəyə vurulan zərərə görə Berlindən dəfələrlə təzminat tələb edib. Almaniya isə reparasiya məsələsinin hüquqi baxımdan artıq bağlandığını bildirir.

Xəbər lenti