Gündəm Dün, 19:00

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı



Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb.

Hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb.

Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onun oğlu, 59 yaşlı Polad Məmmədov olub.

Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma davam etdirilir.

Xəbər lenti