Venesuela prezidenti Delsi Rodriges İngiltərə Bankından ölkənin Böyük Britaniyada qalan qızıl ehtiyatlarını dərhal geri qaytarmağı tələb edib.
Bu barədə “Venezolana de Television” telekanalı məlumat verib.
"İngiltərə Bankından qızıllarımızı geri qaytarmağı tələb etməkdən çəkinməyəcəyəm. Bəhanələr kifayətdir. Bu qızıl İngiltərə Bankına yox, venesuelalılara məxsusdur. Sərvətlərimizi oğurlamağı dayandırın", - deyə Rodriges bildirib.
Rodriges Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğa qızıl külçələrinin geri qaytarılması üçün diplomatik və hüquqi prosesləri gücləndirməyi tapşırıb.
O bildirib ki, əvvəllər 2015-ci il müxalifət Milli Assambleyasının nümayəndələri ilə ehtiyatların ölkəyə qaytarılmasını tələb edən razılaşma əldə edilib.