Gündəm / Siyasət 16-12-2025, 07:48

Milli birliyin pozulmasına yönəlik istənilən cəhdlər, iflasa məhkumdur



"Azərbaycanda milli birliyin pozulmasına yönəlik istənilən cəhdlər, iflasa məhkumdur".

Bu fikirləri Planetinfo.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O bildirib ki, xalqımız, ötən əsrin 80-illərin sonu, 90-cı illərin əvvəllərində yaşadığı faciələrin təkrarlanmasına imkan verməz:

"Müxtəlif xarici qüvvələrə xidmət edən təsadüfi insanların hakimiyyət hərisliyi nəticəsində torpaqlarımız işğal olundu, yüz minlərlə qaçqın, məcburi köçkün ordusu yarandı. Əgər, zamanında, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, vətəndaş müharibəsi qaçılmaz idi. Nəticədə, Azərbaycan dövlətçiliyi bütövlükdə məhv ola bilərdi. Əminəm ki, xalqımız yaşananlardan düzgün nəticə çıxarıb və heç bir radikal qüvvəyə dəstək verməz".

Anar

Xəbər lenti