Gündəm / Dünya Bugün, 19:39

Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı



"Meta" korporasiyasının baş direktoru və milyarder Mark Zukerberqə məxsus “Launchpad” superyaxtası Alyaska sahillərində yanacağı tükənən və dayazlığa oturan qayığın kömək çağırışına məhəl qoymayıb.

Bu barədə “Alaska Beacon” nəşri məlumat yayıb.

Balıqçılara “Wilderness Legacy” kruiz laynerinin köməyi çatıb. Bildirilir ki, 21 futluq qayıq Zukerberqin yaxtasına bir neçə dəfə əlaqə yaratmağa cəhd edib, çünki yaxta daha yaxın məsafədə olub, lakin cavab ala bilməyib.

Laynerin sərnişinlərindən biri Maykl Lav bildirib ki, “Launchpad”in radio vasitəsilə göndərilən kömək çağırışına cavab vermədiyi barədə kapitanın elanı zamanı göyərtədəki insanlar onu fitə basıblar.

ABŞ Sahil Mühafizəsinin və Alyaska Dəniz Birjasının məlumatına görə, fövqəladə vəziyyət siqnalı göndərilməyib və söhbət adi kömək xahişindən gedib. Zukerberqin nümayəndəsi daha sonra bildirib ki, hadisə zamanı biznesmenin özü və ailəsi yaxtada olmayıb.

Bundan əvvəl Zukerberqin əməkdaşlarla qarşılıqlı əlaqə üzrə səlahiyyətlərinin bir hissəsini həvalə etmək niyyətində olduğu süni intellekt əsaslı rəqəmsal surətini yaratdığı məlum olub. Bildirilir ki, virtual surət hazırda milyarderin davranış və ünsiyyət tərzini öyrənir, həmçinin onun şirkətin strategiyasına dair baxışlarını mənimsəyir.

Xəbər lenti