Gündəm / Dünya Bugün, 16:00

Suriya ordusu bu hərbi bazanı ələ keçirdi


Suriya ordusu əl-Tanf hərbi bazasında nəzarəti ələ keçirib.

Planetinfo.az xəbər verir ki, bu barədə keçid hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda vurğulanır ki, Suriya və Amerika tərəfləri arasında koordinasiya əsasında Suriya Ərəb Ordusunun bölmələri Əl-Tanf bazasına nəzarəti ələ keçirib və bazanın və ətraf ərazinin təhlükəsizliyini təmin edir.

Müdafiə Nazirliyi bildirib ki, Suriya hökumət qüvvələri Əl-Tanf səhrasında Suriya-İraq-İordaniya sərhədi boyunca yerləşdirilməyə başlayıb.

Qeyd edək ki, Suriya, İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən Əl-Tanf bazası ABŞ-nin rəhbərlik etdiyi Qərb koalisiyası tərəfindən 2014-cü ildə İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün yaradılıb və strateji Dəməşq-Bağdad magistral yolunun nəzarətinə imkan verib.

Xəbər lenti