Gündəm Bugün, 20:30

Fevralın 13-ü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ


Fevralın 13-də Bakıda və Abşeron yarımadasında, həmçinin bir sıra bölgələrdə küləkli hava şəraiti gözlənilir və bununla əlaqədar sarı xəbərdarlıq elan olunub.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, paytaxt və yarımada ilə yanaşı Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran və Siyəzən rayonlarında cənub-qərb küləyi əsəcək. Küləyin sürətinin 13.9–20.7 m/san təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da sarı xəbərdarlıq meyarlarına uyğundur.
Qeyd edək ki, sarı xəbərdarlıq hava şəraitinin potensial təhlükə yarada biləcəyini göstərir və vətəndaşlara ehtiyatlı olmaları tövsiyə olunur.

Xəbər lenti