Gündəm / Hadisə Bugün, 11:15

4-cü sinif şagirdi qəfil öldü - FOTO


Bakıda məktəbli vəfat edib.

Planetinfo.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

10 yaşlı Elcan Məmmədov yaşadığı mənzildə səhhətinin qəfil ağırlaşması nəticəsində dünyasını dəyişib. O, 211 saylı orta məktəbin 4-cü sinif şagirdi olub. Yaxınlarının bildirdiyinə görə, son günlər qripdən əziyyət çəkirmiş.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti