Gündəm / Dünya Bugün, 16:15

Trampın “sirli silah”ı gündəm oldu - Maduronu tutarkən mühüm rol oynayıb


ABŞ Prezidenti Donald Trampın Venesuelada istifadə edildiyini iddia edən “diskombobulyator” adlı “sirli silah” beynəlxalq müzakirələrə səbəb olub.

Planetinfo.az xəbər verir ki, Tramp həm NewsNation, həm də New York Post-a verdiyi müsahibələrdə bildirib ki, bu silah Venesuela Prezidenti Nikolas Maduroya qarşı əməliyyatda mühüm rol oynayıb və düşmənin radar, raket sistemlərini sıradan çıxarıb.

Onun sözlərinə görə, əməliyyat zamanı “gizli səs silahı”ndan istifadə olunub və qarşı tərəf Rusiya və Çin istehsalı raketləri işə sala bilməyib. Ağ Evin sözçüsü Karoline Levit isə sosial şəbəkədə Venesuelada bütün radar sistemlərinin qəfil söndüyünü iddia edən açıqlama yayıb.

Qeyd edək ki, ABŞ hərbi rəsmiləri bildiriblər ki, əməliyyat radar, rabitə və hava hücumundan müdafiə sistemlərinə qarşı koordinasiyalı kiber və elektron zərbələrlə başlayıb. Mütəxəssislər isə “diskombobulyator”un inqilabi silah deyil, kiber, elektron və akustik texnologiyaların kombinasiyası ola biləcəyini vurğulayıblar.

Xəbər lenti