Gündəm / Dünya Bugün, 15:45

Avropa Xalq Partiyasının lideri: Xarici siyasətdə yekdillik prinsipi Aİ-nin inkişafına mane olur


Avropa İttifaqının aparıcı partiyası Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber xarici siyasətdə yekdillik prinsipinin tez-tez Avropa İttifaqının inkişafına mane olduğunu bildirib.

Planetinfo.az xəbər verir ki, bu barədə Veber Web.de News-a müsahibəsində danışıb.

Veber qeyd edib ki, müəyyən dövlətlərin xarici siyasət və müdafiə məsələlərində liderliyi ələ keçirməsi ehtimalı nəzərdən keçirilməlidir. Şengen zonasının yaradılması və avronun tətbiqi zamanı "könüllü olanlar" yol göstəriblər. 

Eyni zamanda, Avropa digər ölkələrlə də daha sıx əməkdaşlıq etməlidir. 

Bundan başqa Veber Avropanın, xüsusən də xarici siyasət və müdafiə sahəsində ABŞ-dən daha müstəqil olmalı olduğunu bir daha vurğulayıb.

Xəbər lenti