Gündəm / Dünya Bugün, 16:15

ABŞ Ukraynanı təhdid edir - Donbası Rusiyaya güzəştə getməyi istəyir


ABŞ administrasiyası Ukraynaya təzyiqi artırıb və Rusiya ilə danışıqlarda Donbası güzəştə getməyə məcbur edir.

Planetinfo.az xəbər verir ki, bu barədə "The New York Times " (NYT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna hər hansı ərazi güzəştlərinə getməzdən əvvəl Qərbdən təhlükəsizlik zəmanətləri istəyir. Lakin, Ağ Evin 2025-ci ildə illərlə davam edən danışıqlarına və aktiv diplomatik səylərinə baxmayaraq, bu təhlükəsizlik zəmanətlərinin hansı formada olacağı məlum deyil.

Ukrayna Radasının üzvü Yaroslav Yurçişinin dediklərinə görə, fevralda Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar zamanı ABŞ Ukraynanı 15 maya qədər prezident seçkiləri keçirməyə çağırıb. O bildirib ki, Vaşinqton Kiyevi güzəştə getməyə hazır olmadığı təqdirdə danışıqlar prosesindən çəkiləcəyi ilə hədələyib.

Xatırladaq ki, 4-5 fevral tarixlərində Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci raundu Əbu-Dabidə keçirilib. Danışıqlardan sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Moskva və Kiyevin 314 hərbi əsir mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb.

Xəbər lenti