Gündəm / Dünya Bugün, 16:30

Vaşinqton təcili hərəkətə keçdi: Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərildi


ABŞ Karib dənizində yerləşən "USS Gerald Ford" təyyarədaşıyan gəmisini və onu müşayiət edən gəmiləri Yaxın Şərqə göndərəcək.

Planetinfo.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti iddia ilə çıxış edib.

Qəzetə danışan dörd hökumət rəsmisi bildirib ki, hazırda Karib dənizində yerləşən "USS Gerald Ford" təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilərin Yaxın Şərqə göndərilməsi qərarı verilib.

Adları açıqlanmayan rəsmilər təyyarədaşıyan gəminin və onun qrupunun aprelin sonu və ya may ayının əvvəlinə qədər öz limanına qayıtmayacağını bildiriblər. Təyyarədaşıyan gəmi qrupu artıq Yaxın Şərqdə olan başqa bir təyyarədaşıyan gəmi olan USS Abraham Lincoln və onu müşayiət edən zərbə qrupuna qoşulacaq.

Qeyd edək ki, bu yaxınlarda ABŞ media orqanları İrana mümkün hücum gözləntisi ilə Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi hücum qrupunun göndərilməsi üçün hazırlıqların aparıldığını iddia ediblər.

Xəbər lenti