Bundestaqın Müdafiə Komitəsinin sədri Tomas Rövekamp könüllü əsgər çatışmazlığı həll edilənə qədər Litvada Almaniya Silahlı Qüvvələrinin mandatlandırılmasını təklif edib.
Planetinfo.az xəbər verir ki, bu barədə komitə sədri RND televiziyasına açıqlama verib.
O, Silahlı Qüvvələrdə xidmət etməyi seçən hər kəsin sülhü, azadlığı və müttəfiqlərimizi qorumaq məsuliyyətini öz üzərinə götürdüyünü vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə "Der Spiegel" nəşri Litvada ordu ilə xidmət edəcək könüllülərin çatışmazlığı barədə məlumat verib.