Gündəm / Dünya 16-02-2026, 14:45

İki ölkə arasında gərginlik - Orban Ukraynanın AB-yə qoşulmasına qarşı çıxdı


Macarıstanın Baş naziri Viktor Orban xalqın rəyinə əsaslanaraq Ukraynanın Avropa Birliyinə qoşulmasına qarşı olduğunu bildirib.

Planetinfo.az xəbər verir ki, Orban bildirib ki, hökuməti bu məsələ ilə bağlı mövqeyini qətiyyən dəyişməyəcək.

Onun fikrincə, Zelenski siyasi hücumlara, o cümlədən şəxsi hücumlara əl atır, çünki Macarıstan Ukraynanın AB-yə sürətlə daxil olmasını dəstəkləmir.

Hökumət başçısı qeyd edib ki, o, hərəkətləri ilə macar xalqının suveren qərarını faktiki olaraq şübhə altına alır.

Qeyd edək ki, fervralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski Macarıstanın Baş nazirini yersiz şəkildə təhqir edib. Buna cavab olaraq Orban Ukraynanın Avropa Birliyinə qoşulmayacağını açıqlayıb.

Xəbər lenti