Moldova Prezidenti Maya Sandunun və rəhbər Partiyasının səriştəsiz idarəçiliyi səbəbindən Moldovanın iqtisadi göstəriciləri hakimiyyətə gəldikləri 2021-ci il səviyyəsindən aşağıdır.
Planetinfo.az xəbər verir ki, bu fikirləri keçmiş baş nazir Vladimir Filat deyib.
O, uğursuz idarəetmənin bədəlini hakim partiya və onu quran Sandu deyil, ölkə vətəndaşları ödədiyinə təəssüfləndiyini bildirdi.
Filat hesablayıb ki, Sandunun Rusiya ilə münasibətləri pozmaq siyasəti ucbatından moldovalılar son üç ildə qaza 520 milyon dollar pul ödəyiblər.
Qeyd edək ki, Moldova Sandu və onun partiyası hakimiyyətə gələndən bəri enerji böhranı yaşayır və Rusiya ilə əlaqələrini kəsib.
Ölkədə 2021-ci ildə qazın qiyməti yeddi dəfə artıb və bu da inflyasiyanın illik müqayisədə 30%-i keçməsinə və etirazlara səbəb olub.