Gündəm 16-02-2026, 15:15

Lukaşenko: Venesueladakı vəziyyətin həlli üçün Trampa təklif verməyə hazırıq


"ABŞ-yə Venesueladakı vəziyyəti həll etmək üçün təkliflər verməyə hazırıq".

Planetinfo.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət katibi Sergey Qlazyevlə görüşü zamanı deyib.

“Onlar əməliyyat keçirdilər, Maduronu əsir götürdülər. Bəs niyə? Bütün dünyaya kimin kim olduğunu göstərdilər. Amma əsas məsələ odur ki, növbəti addım nədir? Buna görə də, bu, hələ ABŞ rəhbərliyi ilə müzakirə mövzusudur. Bu vəziyyətdən çıxış yolu üçün bir təklifim var. Əgər onlar bu vəziyyətdən ləyaqətlə və nəzakətlə çıxmaq istəyirlərsə, biz Donald Tramp ilə bu məsələdə işləməyə hazırıq. O, praqmatik insandır. Buna görə düşünürəm ki, bu məsələni müzakirə edəcəyik. Demək istəmirəm ki, mən burada əsas məsləhətçiyəm və onunla hansısa problemi həll edə bilərəm. Xeyr. Amma mən öz fikrimi bildirə bilərəm”, - deyə Belarus lideri qeyd edib.

Xəbər lenti