Gündəm / Siyasət / Dünya 1-03-2026, 08:58

İranda keçid dövrü - Ölkəyə onlar rəhbərlik edəcəklər



İranın ali dini rəhbəri Əli Xameneinin ölümündən sonra prezident Məsud Pezeşkiyan, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn, həmçinin Konstitusiyanın Keşikçiləri Şurasının adı açıqlanmayan üzvü ölkəni müvəqqəti idarə edəcəklər.

BU barədə İranın "IRNA" agentliyi məlumat yayıb.

"Onlar ali rəhbərin ölümündən sonrakı keçid dövründə İrana rəhbərlik edəcəklər", - deyə nəşr bildib.

Agentlik bu dövrün nə qədər davam edəcəyini və sözügedən şəxslərin hansı konkret səlahiyyətlərə malik olacağını dəqiqləşdirməyib.

Buna qədər İran ABŞ və İsrailin əməliyyatı nəticəsində ali rəhbər Əli Xameneinin həlak olduğunu rəsmən təsdiqləyib. Ölkədə 40 günlük ümummilli matəm və yeddi qeyri-iş günü elan edilib.

Xəbər lenti