Qətər Futbol Assosiasiyası Yaxın Şərqdəki vəziyyətlə əlaqədar ölkə ərazisində keçirilən bütün turnirləri dayandırıb.
PLANETİNFO.az xəbhər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, qərar martın 1-dən qüvvəyə minib və növbəti bildirişədək qüvvədə olacaq. Yarışların bərpa olunacağı tarixlər daha sonra açıqlanacaq.
Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ tərəfindən İran əleyhinə hərbi əməliyyata başlanılıb. Daha sonra Mehr agentliyi İranın cavab olaraq ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ərazisində yerləşən hərbi bazalarına zərbələr endirdiyini bildirib. Region ölkələri hava məkanlarını bağlayır, aviaşirkətlər isə uçuşları müvəqqəti dayandırır.