Gündəm / Siyasət / Dünya
2-03-2026, 23:00
Regionİran ABŞ və İsrailə qarşı əməliyyatın 12-ci dalğasına başladı
İran Yaxın Şərqdə ABŞ və İsrail obyektlərinə qarşı "Doğru vəd-4" əməliyyatının 12-ci mərhələsinə başlayıb.
PLANETİNFO.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, 11-ci dalğa zamanı Fars körfəzi regionunda Amerika ordusunun informasiya mərkəzləri və anbarları, Beer-Şevada İsrail ordusunun rabitə sənayesi kompleksi, həmçinin Təl-Əviv, Qərbi Qüds və Qalileya rayonlarında 20-dən çox məntəqə İranın raket atəşinin və pilotsuz uçuş aparatlarının zərbələrinin hədəfi olub.