Gündəm / Siyasət / Dünya 2-03-2026, 23:23

Əbu-Dabi yaxınlığındakı yanacaq terminalı dron hücumuna məruz qalıb




Əbu-Dabinin cənub-qərbindəki Musaffa sənaye rayonunda yanacaq terminalına pilotsuz uçuş aparatı (PUA) zərbə endirib.

Planetinfo.Az xəbər verir ki, bu barədə BƏƏ hökuməti "X" platformasında məlumat yayıb.

"Əbu-Dabi hakimiyyəti bu gün Musaffada yanacaq terminalının PUA ilə hədəf alınması nəticəsində baş vermiş yanğına müdaxilə edib. Vəziyyət operativ şəkildə lokallaşdırılıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, xəsarət alan yoxdur, hadisə müəssisələrin işinə təsir göstərməyib.

Xəbər lenti