"Amerika Birləşmiş Ştatları (ABŞ) İranın uranı zənginləşdirmək və konversiya etmək potensialının demək olar ki, hamısını məhv edib".
Planetinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff CNBC-yə verdiyi müsahibədə bildirib.
O, həmçinin İslam Respublikası ilə münaqişənin nəticəsi ilə bağlı qeyri-müəyyənlik ifadə edib.
"Bilmirəm", - deyə Uitkoff bəyan edib.
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ABŞ və İsrailin zərbələri fonunda İranın nüvə potensialının artıq azaldığını bildirmişdi.