Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 12-də işinə başlayan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun ikinci günü yekunlaşıb.
Planetinfo.az verir ki, martın 14-dək davam edəcək Forum qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.
Forumun ikinci günündə “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”, “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə”, “Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı”, “Afrika: Bu gün və sabah” və “2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantılar” mövzularında panel müzakirələri keçirilib.
Müzakirələrdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel, Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov və digər rəsmilər iştirak ediblər.
***
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb.
Planetinfo.az xəbər verir ki, bu gün iştirakçılar "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "COP-u Yaşatmaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Əlaqə Qapısı 2030 Gündəliyinin Sürətləndirilməsi: İnklüziv Artım və Dayanıqlı Əlaqəlilik" mövzularında müzakirələr aparacaqlar.