İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır.
Planetinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib.
Türkiyə liderinin sözlərinə görə, hazırda qabaqlayıcı tədbirlər görülür.
Ərdoğan qeyd edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır.
Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri martın 4-ü, 9-u və 13-də İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan 3 ballistik raketi məhv edib.