Gündəm / Siyasət Dün, 23:45

Timor-Leste prezidentinin Azərbaycana səfəri başa çatdı



Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Hortanın Azərbaycana səfəri martın 13-də başa çatıb.

Planetinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Timor-Leste prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Qeyd edək ki, Jose Ramos-Hortanın Azərbaycana səfəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunda iştirak məqsədi daşıyırdı.

Xəbər lenti