Gündəm / Siyasət / Dünya Dün, 22:17

Millinin baş məşqçisi gizlicə Belarusa köçdü



İdman gimnastikası üzrə Ukrayna yığmasının baş məşqçisi Vyaçeslav Lavruxin gizli şəkildə Belarusa işləməyə yollanıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti Stella Zaxarova Ukraynanın "Çempion" nəşrinə verdiyi şərhdə məlumat verib.

"Belə bir şey ümumiyyətlə olmamalıdır, onun Ukraynaya yolu ömürlük bağlanmalıdır. Bu onun qərarıdır, o bizi məlumatlandırmadı, sadəcə yoxa çıxdı. Biz yazdıq, zəng etdik, lakin o cavab vermədi. Bundan sonra isə qəfildən Belarusa getdiyi məlum oldu", - deyə o qeyd edib.

Lavruxin 2011-ci ildə Ukraynanın əməkdar məşqçisi adını alıb. Karyerası ərzində o, 2012-ci il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, həmçinin dünya və Avropa çempionatlarının çoxqat mükafatçısı olan ukraynalı gimnast İqor Radivilovla çalışıb.

2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarının startı ərəfəsində yeni dayaqla tullanma növünə onun adı verilmişdi.

Xəbər lenti