Almaniya kansleri Fridrix Mertsin uzunmüddətli tərəfdarları onun fəaliyyətindən ciddi məyus olduqlarını açıqlayıblar.
Bu barədə “Frankfurter Allgemeine Zeitung” məlumat yayıb.
Baden-Vürtemberq parlamentində Xristian Demokrat İttifaqının (XDİ) fraksiya rəhbəri olmuş Volfqanq Raynhart Mertsin fəaliyyətindən son dərəcə məyus olduğunu bildirib.
Onun sözlərinə görə, tərəfdarları üç dəfə Mertsin kansler olması uğrunda mübarizə aparıblar. Lakin siyasətçi verilən vədləri yerinə yetirməyib.
Raynhart qeyd edib ki, Merts nə iş, nə proqram, nə də şəxsi keyfiyyətləri baxımından gözləntiləri doğruldub.
O əlavə edib ki, XDİ-nin yaradılmasından bəri partiyadan olan heç bir kanslerin nüfuzunun bu qədər sürətlə aşağı düşdüyünü görməyib.
Mertsin tərəfdarlarının narazılığı onun alman seçiciləri arasında reytinqinin kəskin azalması ilə üst-üstə düşüb. “Bild” qəzeti üçün INSA-nın keçirdiyi sorğuda Merts Almaniyanın ən populyar siyasətçiləri reytinqində sonuncu yeri tutub.
Kansler mümkün 10 baldan cəmi 2,6 bal toplayıb. Sosioloqlar bildirirlər ki, Merts 2026-cı ilin yazından etibarən seçicilər arasında dəstəyini sürətlə itirir.