İran 65-ci silsilə zərbələr zamanı Amerika Birləşmiş Ştatlarının Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazalarına hücum edib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) özünün "Telegram" kanalında məlumat verib.
Bundan əlavə, İsrailin Tel-Əvivdəki 13-cü kanalının redaksiyasına hücum edilib. SEPAH bəyan edib ki, bu hücumlar İran freqatının batırılmasına və kəşfiyyat naziri İsmail Xatibə qarşı sui-qəsd cəhdinə cavab tədbiridir. SEPAH-ın məlumatına görə, zərbələr pilotsuz uçuş aparatlarından istifadə edilməklə endirilib.