Gündəm / Siyasət 22-03-2026, 23:44

Pentaqon "F-15"in vurulması xəbərini təkzib etdi



ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Tehran, Vaşinqton və İsrail arasındakı mövcud qarşıdurma zamanı İran bölmələrinin ABŞ-a məxsus "F-15" qırıcısını vura bilməsi barədə daha əvvəl yayılan məlumatları təkzib edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Amerika komandanlığı "X" sosial şəbəkəsində bəyanat yayıb.

Bəyanatda bu məlumatlar qeyri-dəqiq adlandırılıb və vurğulanıb ki, ABŞ-ın heç bir təyyarəsi İran qüvvələri tərəfindən vurulmayıb.

Bundan əvvəl İranın dövlət mediası ABŞ və İsrail ilə münaqişənin eskalasiyası çərçivəsində daha bir "F-15" qırıcısının uğurla vurulduğunu bildirmişdi.

Xəbər lenti