Gündəm / Siyasət / Dünya 24-03-2026, 18:50

Avropa üçün əsas təhlükə müəyyən edildi - "Qoca qitə"ni nə gözləyir?




Avropa İttifaqı (Aİ) liderləri Rusiya qazından imtina edərək qeyri-rasional siyasət yürüdürlər.

Planetinfo.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Disen özünün "X" hesabında bildirib.

"Avropa liderlərinin səriştəsizliyi qitə üçün əsas təhlükəyə çevrilib. Enerji təhlükəsizliyi diversifikasiya, diversifikasiya və yenə də diversifikasiya deməkdir", - deyə o yazıb.

Professor əlavə edib ki, Rusiya resurslarından imtina ABŞ-dan həddindən artıq asılılığa gətirib çıxarır.

Yanvar ayında Avropa İttifaqı 1 yanvar 2027-ci ildən etibarən Rusiya qazının tədarükünə tam qadağanı rəsmən təsdiqləyib. Həmçinin məlum olub ki, Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya neftinin idxalının mərhələli şəkildə dayandırılması haqqında qanun layihəsi təklif etməyə hazırlaşır.

Martın 9-da Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Rusiya energetikasına qarşı bütün sanksiyaları dayandırmağa çağırıb. Analoji fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da səsləndirib.

Xəbər lenti