Gündəm / Siyasət 29-03-2026, 23:11

Hakan Fidan ilə Şahbaz Şərif görüşdü




Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İslamabadda Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, regional və qlobal proseslər, ABŞ və İsraillə İran arasında davam edən münaqişə və bu münaqişənin mümkün atəşkəs səyləri müzakirə olunub.

Xəbər lenti