İranın xarici işlər naziri Abbas Əraqçi və fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
Planetinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Nazirlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər. Danışıq zamanı Əraqçi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını açmayacağı təqdirdə İrandakı mülki infrastrukturu vurmaqla bağlı təhdidlərinə münasibət bildirib:
“Bu təhdid müharibə cinayətlərini və soyqırımı normallaşdırmaq deməkdir və əgər həyata keçirilərsə, şübhəsiz ki, İran Silahlı Qüvvələrinin qətiyyətli və hərtərəfli cavabı ilə qarşılaşacaqlar”.