Gündəm / Siyasət Dün, 23:22

Ərdoğan və Pezeşkian atəşkəsi müzakirə etdi



Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Planetinfo.az oxu.az-a istinadən xəbər verir ki, danışıq zamanı atəşkəs prosesi və bölgədəki təhlükəsizlik məsələləri müzakirə olunub.

R.T.Ərdoğan Türkiyənin müvafiq ölkələrlə əməkdaşlıq çərçivəsində atəşkəsin təmin olunması üçün intensiv səylər göstərdiyini vurğulayıb.

O, yaxınlaşan danışıqlardan dayanıqlı sülh və sabitlik naminə maksimum istifadə edilməsinin vacibliyini qeyd edib, Türkiyənin bu prosesdə dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu bildirib.

Türkiyə prezidenti həmçinin İran xalqının üzləşdiyi itkilərlə bağlı başsağlığı verib və bölgədə sağlam düşüncə və dialoq mühitinin formalaşdırılmasının əsas məqsəd olduğunu vurğulayıb.

Xəbər lenti