Gündəm / Dünya Bugün, 09:30

Nyu-York polisi "Lusifer"i güllələyərək öldürdü



Nyu-Yorkda özünü “Lüsifer” adlandıran və metrodakı sərnişinləri maçete ilə hədələyən şəxs polis tərəfindən güllələnib.

Planetinfo.az xəbər verir ki, bu barədə şəhər polis komissarı Cessika Tiş məlumat verib.

Hadisə iyulun 11-də şəhərin mərkəzində yerləşən "Grand Central Station" stansiyasında baş verib. Şahidlərdən biri hüquq-mühafizə orqanlarına metroda insanlara hücum edən soyuq silahlı şəxs barədə məlumat verib.

"Həmin şəxsdə maçete kimi təsvir edilən böyük bıçaq var idi və o, qeyri-adekvat davranaraq dəfələrlə “Lüsifer” olduğunu bildirirdi", - deyə Tiş mətbuat konfransında bildirib. O əlavə edib ki, polislər "ən azı" 20 dəfə ona silahı yerə qoymağı tapşırıblar.

Kişi əlində maçete ilə əməkdaşlara tərəf hərəkət etməyə başladıqda, polislərdən biri atəş açıb. 44 yaşlı Entoni Qriffin xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Zərərsizləşdirilməmişdən əvvəl "Lüsifer" maçete ilə üç nəfərə zərbə endirib. Yaralananlar - 70 yaşlı qadın, 84 və 65 yaşlı iki kişi baş və üz nahiyələrindən

Xəbər lenti