Haitinin şimalındakı populyar turistik məkanda baş verən sıxlıq nəticəsində azı 30 nəfər həlak olub.
Planetinfo.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xilasedicilərə istinadən məlumat yayıb.
"Şənbə günü baş verən sıxlıq nəticəsində azı 30 nəfər həlak olub. Hadisə Laferyer qalası ərazisində qeydə alınıb", - məlumatda deyilir:
Faciə hər il keçirilən bayram şənlikləri zamanı baş verib. Sıxlıq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yerli qalanın girişində yaranıb. Hadisənin bütün təfərrüatları araşdırılır.