Gündəm / Siyasət / Dünya Dün, 21:00

İraqın hücumlarına Ər-Riyaddan sərt reaksiya



İraq səfiri Safiyyə əl-Suheyli Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə çağırılıb.

Planetinfo.az xəbər verir ki, İraq ərazisindən Səudiyyə Ərəbistanına və digər Körfəz dövlətlərinə qarşı həyata keçirilən davamlı PUA (pilotsuz uçuş aparatları) hücumları, açıq təhdidlər qətiyyətlə pislənib və kəskin şəkildə qınanıb.

Səfirə bununla bağlı etiraz notası təqdim edilib.

Qeyd olunub ki, Krallıq öz təhlükəsizliyini təmin etmək və ərazilərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Xəbər lenti