Gündəm / Siyasət / Dünya Dün, 20:47

Peskov: "Xarici düşmən obrazı yaratmaq daxili siyasi hədəflər üçün hər zaman əlverişlidir"



Rusiya öz nəhəng ölçüləri və qüdrəti ilə hər zaman avropalıları qorxudub, onlar isə öz növbəsində Rusiyanı "xəyali düşmən" kimi istifadə etməyi əlverişli hesab ediblər.

Planetinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

Kreml rəsmisi qeyd edib ki, bu cür yanaşma daxili siyasi məqsədlər üçün olduqca rahatdır:

"Böyük bir Avrasiya ölkəsi olan Rusiya öz ölçüləri və gücü ilə həmişə bir çox avropalıları qorxudub. Onlar üçün bu bəhanə ilə öz daxillərində gedən müəyyən prosesləri rəsmiləşdirmək məqsədilə bizi xəyali düşmən kimi istifadə etmək həmişə rahat olub. Xarici düşmən obrazı yaratmaq daxili siyasi hədəflər üçün hər zaman əlverişlidir".

Xəbər lenti