Gündəm / Siyasət / Dünya Bugün, 18:11

Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!



Prezident Donald Tramp Hörmüz boğazında ABŞ blokadasını pozmağa cəhd edən İran gəmilərini məhv etməklə hədələyib.

Bu barədə ABŞ lideri "Truth Social"da yazıb.

O xatırladıb ki, İranın hərbi dəniz donanması dənizin dibindədir və ABŞ artıq 158 gəmini məhv edib.

"Biz yalnız az sayda sürətli hücum katerlərinə zərbə endirmədik, çünki onları ciddi təhlükə hesab etmirdik. Xəbərdarlıq: əgər bu gəmilərdən hər hansı biri bizim blokadamıza yaxınlaşarsa, dənizdəki gəmilərdə narkotik alverçilərinə qarşı istifadə etdiyimiz eyni məhvetmə sistemi tətbiq olunmaqla dərhal məhv ediləcək. Bu, sürətli və sərtdir. P.S. ABŞ-yə okean və ya dəniz yolu ilə daxil olan narkotrafikin 98,2%-inin qarşısı alınıb!", - deyə Tramp qeyd edib.

Xəbər lenti