Gündəm / Siyasət / Dünya Bugün, 19:30

Tramp İrana təşəkkür etdi



ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını açdığı üçün İrana təşəkkür edib.

Planetinfo.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“İran indicə elan etdi ki, İran boğazı tamamilə açıqdır və tam keçid üçün hazırdır. Təşəkkür edirik!”, - deyə o bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında elan edib ki, Livandakı atəşkəsə uyğun olaraq, Hörmüz boğazından keçid tam olaraq açıqdır.

Xəbər lenti