Macarıstanın yeni hökumətinə tezliklə rəhbərlik edəcək Peter Maqyar ölkəni avrozonaya daxil etmək niyyətindədir.
Planetinfo.az xəbər verir ki, bu barədə seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının iqtisadi müşaviri, maliyyə naziri postuna namizəd göstərilən Andras Karman RTL telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, forintdən vahid Avropa valyutasına keçid üçün tələb olunan bütün şərtləri dörd il müddətində yaratmaq realdır.
“Bundan sonra avronun tətbiqi ilə bağlı müsbət qərar qəbul oluna və əlverişli şərait yaranarsa, bu proses daha tez də baş verə bilər”, - deyə Karman bildirib.
O qeyd edib ki, dəqiq tarix ölkənin real maliyyə vəziyyəti qiymətləndirildikdən sonra açıqlanacaq.
Hazırda avro 21 Aİ ölkəsində rəsmi valyutadır. Macarıstanla yanaşı, Danimarka, Rumıniya, Polşa, Çexiya və İsveç də hələlik öz milli valyutalarını saxlayır.