Gündəm 18-04-2026, 11:40

Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

Planetinfo.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşıb.

Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə etdilər.

Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması yolu ilə əməkdaşlığı daha da gücləndirmək imkanları da araşdırılıb.

Xəbər lenti