İdman 14-01-2026, 11:55

“Araz-Naxçıvan” “Qəbələ”yə qarşı

“Araz-Naxçıvan” “Qəbələ”yə qarşı
Bu gün “Araz-Naxçıvan” və “Qəbələ” futbol klubları yoxlama görüşündə üz-üzə gələcək.

Trend xəbər verir ki, qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq rəqiblərin dueli Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Görüşə 15:00-da start veriləcək.

“Araz-Naxçıvan”qış toplanışı çərçivəsində əvəzedici heyətinə 7:0 qalib gəlib, “Qəbələ” “Kəpəz”dən üstün olub (3:1).

Xəbər lenti