Ukrayna Silahlı Qüvvələri (VSU) son 24 saat ərzində Rusiya qoşun qruplarının xüsusi hərbi əməliyyat zonasındakı (SVO-Rusiyanın Ukraynada başlatdığı müharibəyə verdiyi ad-red.) fəaliyyətləri nəticəsində təxminən 1455 hərbçi itirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti "Max" messencerində məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna ordusu "Şimal" qüvvələr qrupunun məsuliyyət zonasında 270-ə qədər hərbçi itirib. "Qərb" qüvvələr qrupu 220, "Cənub" qüvvələr qrupu 150-dən çox və "Mərkəz" qüvvələr qrupu isə 525-ə qədər hərbçini zərərsizləşdirib.
O da vurğulanıb ki, "Şərq" qüvvələr qrupu istiqamətində Ukrayna Silahlı Qüvvələri 275-ə qədər, "Dnepr" qüvvələr qrupu istiqamətində isə 15-dən çox hərbçi itirib.