İdman 23-01-2026, 14:37

Özbəkistan 2028-ci il Olimpiya Oyunlarının seçmə mərhələsinə ev sahibliyi edəcək



Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin yekun qərarına əsasən, Özbəkistan 2027-ci ildə Los-Anceles Olimpiya seçmə mərhələsinə ev sahibliyi edəcək.

Planetinfo.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə ölkənin Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, Özbəkistanın namizədliyi İcraiyyə Komitəsinin üzvləri tərəfindən yekdilliklə təsdiqlənib.

"Bu qərar Özbəkistanın beynəlxalq idman arenasında nüfuzunun, yüksək təşkilati potensialının və ağırlıqqaldırma sahəsindəki nailiyyətlərinin açıq şəkildə tanınmasıdır", - deyə məlumatda bildirilir. Nüfuzlu seçmə mərhələ yarışlarının Daşkənddəki Olimpiya Kəndində keçirilməsi planlaşdırılır.

Özbəkistanla yanaşı, Qətər, Peru, Venesuela və Tayland da seçmə yarışlarına ev sahibliyi etmək hüququ qazanıb.

Qeyd edək ki, lisenziya təmin edən seçmə yarışları 2028-ci il Los-Anceles Olimpiya Oyunlarından əvvəl cəmi beş dəfə keçiriləcək.

Anar

Xəbər lenti