"Putinin Ukrayna müharibəsi təkcə siyasi qərar deyil, həm də şəxsi eqosunun nəticəsidir. Putin SSRİ-nin dağılmasını şəxsi faciəsi hesab etdiyini dəfələrlə dilə gətirib və SSRİ formatında “Böyük Rusiya”nı bərpa etməyi özünə tarixi missiya bilir. Putin üçün bu müharibə təkcə ərazi hədəfi deyil, tarixi nüfuzu bərpa etmək cəhdidir. Ona görə də Putin məntiqli rasional siyasət yox, şəxsi eqo və ambisiyaların girovuna düşüb".
Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, kollektiv Qərbin reaksiyası da paradoksaldır. Qərb, Putini və mövcud hakimiyyəti cəzalandırmaqla problemi bitmiş hesab edirl, halbuki Rusiya cəmiyyətində imperializm hələ də legitim ideya kimi qəbul olunur. Əgər bu ideoloji xətt qırılmasa, Ukrayna son hərb meydahı olmayacaq. Rusiya imperiya təfəkkürünü təzələdikcə, yeni münaqişələrin coğrafiyası da genişlənəcək:
"İndiki müharibəni də Putinin rəhbərliyi ilə məhz rus xalqı aparır. Rusiyanın Ukrayna da daxil olmaqla bütün müharibələrinin nəticələrinə görə ancaq hakimiyyət və siyasi sistem dəyişiklikləri ilə məsuliyyətdən yayınırsa, bu nəticə siyasi quruluşundan asılı olmayaraq Rusiyanın ekspansionist mahiyyətini dəyişməyəcək. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiyanın apardığı təcavüzkar müharibələrə görə məhz rus xalqı özü məsuliyyət daşıyır və əsas şərt də rus xalqının məsuliyyətinə görə ağırlığın onun üzərinə qoyulmasıdır".
Nəsimi