Siyasət 24-04-2026, 10:00

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək



Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

Planetinfo.az xəbər verir ki, bu ölkəyə 5 vaqon buğda tədarük olunacaq.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Xəbər lenti