"2026-cı ilin dövlət büdcəsində siysi partiyalar üçün nəzərdə tutulan vəsaitin artırılması məqsədəuyğun olardı".
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Millət vəkili deyib ki, AXCP və Müsavat Partiyası istisna olmaqla ölkədə fəaliyyət göstərən siyasi partiyalar dövlətçiliyə, milli maraqlara xidmət edirlər:
"Ona görə də hesab edirəm ki, dövlət büdcəsindən həmin siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitin artırılması məqsəduyğun olardı".
Millət vəkili AXCP və Müsavat Partiyasını antimilli qüvvə kimi xarakterizə edib. O deyib ki, ölkədə baş verən son proseslər bir daha bunu təsdiq etdi.
Anar