Gündəm Bugün, 21:15

Qubada 7 kiloqram narkotik vasitə aşkarlandı



Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.

Ondan ümumilikdə 7 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti