“Ölkədə fəaliyyət göstərən müxalif partiyalara axın yoxdur. Həmin partiyalar qocalmış partiyalardır”.
Bunu
Planetinfo.az-a deyən AMİP liderinin köməkçisi Əli Orucov bildirib ki, partiyalarda gəncləşmə çox ləng və zəifdir:
“Cəmiyyətin özünün də müxalif partiyalara marağı yoxdur. Heç kəs inkar edə bilməz ki, ölkədə müxalif partiyalar imitasiya və dekorasiyadan başqa bir şey deyil. Siyasi partiyaların özləri də ümimi sistemin çərçivələrinə salınıb. Siyasi partiyalar haqqında qəbul edilən qanun partiyaların fəaliyyətində aşkarlığı və daxili rəqabəti sarsıtdı. Partiyadaxili seçkili qrumları da sədrdən asılı vəziyyətə saldı. Hətta əvvəllər mövcud olmuş seçkili vəzifələri də təyinatlı etdi ki, bu da avtoritar meyilliyə geniş imkanlar yaratdı. Həmin qanunun qəbulundsn sonra az-çox mövcud olmuş müsbət tendensiyalar da aradan qaldırıldı. Elementar bir misal, əvvəllər rayon təşkilat sədrlərini yerli təşkilatlar özləri seçirlərdisə, indi partiyanın sədri təyin edir. Aşağıdan yuxarıya vertikal olaraq səlahiyyətlər bir şəxsin əlində cəmləşdirilib. Bu isə daxili rəqabətə və alternativlərə çıxışı qapadır”.
Anar