Siyasət 5-12-2025, 15:00

Türkiyə-Azərbaycan münasibətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətlər müzakirə edilib



Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərbaycanın qardaş ölkədəki səfirliyini ziyarət edib.

Planetinfo.az səfirliyə istinadən bildirir ki, Hulusi Kılıç diplomatik korpusda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.

Görüş zamanı Türkiyə-Azərbaycan münasibətlərinin mövcud durumu, iki ölkə arasında dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətindəki fəaliyyətlər müzakirə edilib.

Kılıç bildirib ki, səfir Rəşad Məmmədovun Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər təqdirəlayiqdir.

Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

Anar

Xəbər lenti